İsrail Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatının lideri Yəhya Sinvar və HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd əl-Deyfinin bütün girovların azad edilməsi müqabilində anklavı tərk etməsinə icazə verməyə hazırdır. Bu barədə NBC News bir sıra yüksək vəzifəli İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Onlardan birinə görə, ölkə rəhbərliyi “[Fələstin keçmiş lideri Yasir] Ərafat vaxtilə Livanı tərk etdiyi kimi, Sinvar Qəzza zolağından çıxsa, buna etiraz etməyəcək”. Mənbə qeyd edib ki, İsrail “bütün girovlar azad edilən kimi buna imkan verəcək”. Telekanalın digər həmsöhbəti qeyd edib ki, HƏMAS rəhbərliyini anklavdan qovmaqla Qəzzada idarəetmə sisteminin deradikallaşdırılması ideyası 2023-cü ilin noyabrından İsrail hakimiyyəti tərəfindən müzakirə edilir.
1970-ci illərin ortalarında Fələstin Azadlıq Təşkilatı (FAT) qüvvələri Livanda vətəndaş müharibəsinə qarışdığı bir vaxtda, İsrailin münaqişəyə müdaxiləsindən sonra təşkilatın lideri Yasir Ərafat Livanı tərk etmək məcburiyyətində qaldı. PLO-nun qərargahı Tunisə köçürüldü. (Tass)