İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatın qurbanlarının sayı 27,8 mini keçib.Belə məlumatları Fələstin anklavının Səhiyyə Nazirliyi təqdim edib.
“İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 27 840 nəfərə çatıb”, – Departamentdən ” Əl-Cəzirə” yə istinadən verilən məlumatda deyilir. Səhiyyə Nazirliyinin məlumatına görə, atəş və bombardmanlar zamanı 67 317 fələstinli yaralanıb.
Son 24 saat ərzində nazirliyin məlumatına görə, anklavda 130 nəfər ölüb, 170 nəfər yaralanıb. (Tass)