İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan fevralın 9-da Beyruta gələcək. Bu barədə İranın Livandakı səfiri Müctəba Əmani məlumat verib.
“Sabah xarici işlər naziri Hüseyn Əmir Abdullahian Beyruta gələcək və cari hadisələri müzakirə etmək üçün Livanın yüksək vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirəcək”, – səfir X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Bundan əvvəl Livanın “Əl Əxbar” qəzeti Abdollahyanın Beyruta səfərinin həftənin sonunda planlaşdırıldığını yazıb.
Eyni zamanda Suriyanın “Əl Vətən” qəzeti İranın xarici işlər nazirinin yaxın vaxtlarda Dəməşqə də səfər edəcəyini yazıb. (Tass)