Avqust 25, 2025-22:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Vergi sahəsində beynəlxalq qiymətləndirici ekspertlər Bakda səfərdədir

2024:02:09 - 13:44
in İQTİSADİYYAT
A A

“Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”un qiymətləndirici ekspertlər qrupu yeni qiymətləndirmə mərhələsi çərçivəsində Bakıya səfər edib.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Belə ki, Azərbaycan “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a üzv olmaqla şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi və qiymətləndirmə prosesində iştirak öhdəliyini öz üzərinə götürüb. Qlobal Forum üzv ölkələrdə vergi məlumatlarının mütəmadi olaraq digər ölkələrlə mübadiləsinin beynəlxalq standartlara uyğunluğu səviyyəsinin qiymətləndirilməsini həyata keçirir. Qiymətləndirmə prosesi çərçivəsində mövcud normativ-hüquqi bazanın beynəlxalq standartlara uyğunluğu və təcrübədə tətbiqi səviyyəsi qiymətləndirilir. Nəticədə, ölkənin məlumat mübadiləsi sisteminin beynəlxalq tələblərə uyğunluğu müvafiq reytinq balı ilə dəyərləndirilir.

Azərbaycan üzrə qiymətləndirmənin I mərhələsi 2016-cı ildə başa çatıb və dərc edilmiş ölkə hesabatına əsasən ölkəmiz “əsasən uyğundur” (largely compliant) yüksək reytinq balı ilə qiymətləndirilib.

Hazırda Qlobal Forum respublikamız üzrə qiymətləndirmənin yeni mərhələsinə başlayıb. 2023-cü ilin sentyabr ayında start verilmiş proses çərçivəsində Qlobal Forumun qiymətləndirici ekspertlər qrupu Bakıya səfərə gəlib. Ekspertlər Dövlət Vergi Xidmətində görüşlər keçirir. Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev ekspertlər qrupu ilə görüşüb, onları maraqlandıran məsələlər barədə məlumat verib. Qiymətləndirmə prosesi çərçivəsində ekspertlərin digər dövlət qurumları və öhdəlik daşıyan şəxslərlə görüşləri nəzərdə tutulur.

Qiymətləndirmə prosesi çərçivəsində ölkədə sahiblik (hüquqi və benefisiar), mühasibat uçotu və bank məlumatlarının, sənədlərinin mövcudluğu və aktuallığı, vergi orqanlarının həmin məlumatların əldə edilməsi hüquqları, beynəlxalq mübadilə üçün mövcud olan mexanizmlər kimi elementlər yoxlanılır.

Yekun reytinqin 2024-cü ilin sonunda təsdiqi gözlənilir.

Əvvəlki Yazı

Kürdəmir sakini anası və qonşusunu qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb

Növbəti Yazı

Hirkan Milli Parkının yaranmasından 20 il ötür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.