Partlayışlar Ukraynanın nəzarətində olan Xersonun sahilyanı ərazilərində baş verib. Bu barədə yerli administrasiyanın rəhbəri Roman Mroçko məlumat verib.
“Xersonun sahilyanı ərazilərində partlayış səsləri eşidilir” deyə o, Teleqram kanalında yazıb.
Xerson vilayətinin Kiyevin nəzarətində olan ərazilərinə hava hücumu xəbərdarlığı elan edilməyib.