Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyinin əməkdaşları xüsusilə külli miqdarda vəsaitin mənimsənilməsi işi üzrə Turizm və İdman Nazirliyinin məmurunu saxlayıblar. Bu barədə nəzarət orqanının mətbuat xidməti məlumat yayıb.
Respublika komandasının nümayəndələri əvvəllər avadanlığın keyfiyyətindən şikayətlənərək onu birdəfəlik adlandırıblar.
“Maliyyə Monitorinqi Agentliyinin paytaxt şöbəsi tərəfindən xüsusilə külli miqdarda vəsaitin oğurlanması faktı ilə bağlı Turizm və İdman Nazirliyi yanında İdmanın İnkişafı İdarəsinin vəzifəli şəxsləri barəsində ibtidai istintaq başlayıb.Belə ki, 2022-ci ildə Çin istehsalı olan idman ayaqqabısı və Qazaxıstan millisinin Asiya Oyunlarında iştirakı üçün kürək çantaları son dərəcə aşağı keyfiyyətlə alınıb.Eyni zamanda onların dəyəri 3 dəfə bahadır”, mətndə deyilir.
Mətbuat xidməti qeyd edib ki, tədarükçü bu malların Qazaxıstan mənşəli olması ilə bağlı uydurma sənədlər də təqdim edib. Nəticədə dövlətə 383 milyon tenge (856 min dollar) məbləğində ziyan dəyib. (Tass)