Söhbət adi silahlar, hərbi təlimlər və ehtiyat hissələrinə gəldikdə Ukraynaya hərbi dəstəkdə heç bir məhdudiyyət olmamalıdır. Bu barədə Hollandiya Müdafiə Nazirliyinin rəhbəri vəzifəsini icra edən Kaysa Ollonqren Met het Oog op Morgen radio proqramında bildirib.
“Silahlara, adi silahlara, təlimlərə və ehtiyat hissələrinə gəldikdə, mənim fikrimcə, heç bir sərhəd olmamalıdır”.
Ollonqrenin sözlərinə görə, Ukraynanı dəstəkləməyə davam etmək vacibdir. “Və düşünürəm ki, biz bunu necə edəcəyimizi öyrənmişik” deyən nazir vəzifəsinin icraçısı bildirib: “Biz öz ehtiyatlarımızdan tədarüklə başladıq və indi bunu digər ölkələr və sənaye ilə əməkdaşlıq edirik, çünki biz də ehtiyatlarımızı qorumalıyıq”.
Xüsusi hərbi əməliyyat başlayandan Hollandiya Ukraynaya 2,6 milyard avro dəyərində hərbi yardım edib.2024-cü il üçün Hollandiya büdcəsində Ukraynaya dəstək üçün 2 milyard avro vəsait ayrılıb. (Tass)