Berlinin mərkəzində Fələstin tərəfdarı olan nümayişdə bir neçə yüz adam iştirak edir. TASS-ın müxbiri xəbər verir ki, mərkəzi vağzal yaxınlığındakı parka toplaşan fəallar əllərində Fələstini dəstəkləyən ənənəvi yazılar olan Fələstin bayraqları, plakatlar və bannerlər tuturlar.
Nümayiş iştirakçıları müxtəlif şüarlar səsləndirirlər, ingilis və alman dillərində qışqırıqlar eşidilir. Etirazçılar həmçinin Qəzza zolağında axan qanı dayandırmağa çağırırlar. Nümayiş dinc şəraitdə keçirilir və indiyədək heç bir ciddi insident qeydə alınmayıb. Fəallar Berlinin əsas stansiyasına doğru yürüş edirlər.
İştirakçıların təhlükəsizliyi Berlin polisi tərəfindən təmin edilir. Yerli hüquq-mühafizə orqanlarının nümayəndəsi TASS müxbirinə fəalların sayı barədə suala, dəqiq rəqəmlərin yalnız axşam saatlarında açıqlanacağını bildirib. (Tass)