İsrailin Qəzza zolağında Fələstin xalqına qarşı təcavüzünə son qoyulması regionda təhlükəsizlik və sabitliyin bərpası üçün açardır. Bunu Dəməşqdə suriyalı həmkarı Feysəl Miqdad ilə mətbuat konfransında çıxış edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
“Yaxın Şərqdəki münaqişəni müharibə və məcburi tədbirlərlə həll etmək olmaz”, – deyən İran Xarici İşlər Nazirliyinin rəhbəri çıxışında vurğulayıb : “Biz işğalçıların fələstinlilərin məcburi köçürülməsi planlarını rədd edirik. Qəzza zolağından və İordan çayının qərb sahilindən xəbərdarlıq edirik ki, bu cür hərəkətlər cavabsız qalmayacaq”.
İranlı nazir ABŞ-ın Suriyanın şərqində məskunlaşan məntəqələrə aviazərbələrini sərt şəkildə pisləyib. “Biz Amerika hərbçilərinin Suriya ərazisində olmasını qanunsuz hesab edirik və ABŞ-ın təcavüzkar hərəkətlərindən əziyyət çəkən Suriya xalqına başsağlığı veririk”.
Fevralın 2-də ABŞ-ın Suriya-İraq sərhədindəki Əl Mayadin və Bu Kemal hədəflərinə endirdiyi aviazərbələr nəticəsində 30-a yaxın insan həlak olub. Suriya Müdafiə Nazirliyinin məlumatına görə, həm hərbçilər, həm də mülki şəxslər bu hücumların qurbanı olub, dövlət və şəxsi mülkiyyətə xeyli ziyan dəyib. (Tass)