Ermənistan, xüsusən də müdafiə sektorunda Rusiyadan üz döndərmir, ölkənin vəzifəsi tərəfdaşlarla münasibətləri şaxələndirməkdir, bu, indi həyata keçirilir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “The Daily Telegraph” a müsahibəsində deyib.
“Ermənistan Rusiya ilə əməkdaşlıqdan, xüsusən də təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina etdiyini deməyib. Biz bu sahədə əlaqələrimizi şaxələndirməkdən danışdıq. Amma bu o demək deyil ki, biz Rusiya ilə bu sahədə əlaqələri kəsirik. Bu o deməkdir ki, biz Aİ, Fransa, ABŞ, İran, Hindistan və digər ölkələrlə münasibətləri yaxşılaşdırırıq və bu, artıq bu günün reallığıdır”, – Paşinyan bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistanın yeni təhlükəsizlik tərəfdaşları ilə münasibətləri Rusiyaya qarşı deyil. Onlar sadəcə olaraq göstərirlər ki, bu sahədə əvvəlki münasibətlər İrəvanın ehtiyaclarını ödəmir. (Tass)