İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubunda, Misirlə sərhəd yaxınlığında yerləşən Rəfah şəhərinə kütləvi hücuma keçir. Qətərin Əl-Cəzirə telekanalının məlumatına görə , hücumlar nəticəsində azı 52 nəfər həlak olub.
Telekanalın xəbərinə görə, İsrail təyyarələrinin Rəfah şəhərində yaşayış binalarını və məscidləri atəşə tutması nəticəsində dağıntılar altından 52 nəfərin cəsədi tapılıb. Çoxu uşaq olmaqla onlarla insan yaralanıb.
Telekanalın məlumatına görə, İsrail aviasiyası Rəfahdakı yaşayış binalarını bombalayır və çoxlu qaçqının yerləşdiyi Əl-Huda və Əl-Rəhmə məscidlərinə hədəfli hücumlar həyata keçirir.
Fələstin Qızıl Ayparası bildirir ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Əl-Əmal tibb mərkəzi və təşkilatın qərargahı yaxınlığındakı binalara zərbələr endirir. (Tass)