Avqust 21, 2025-19:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Haaqa məhkəməsi Hollandiyaya F-35 ehtiyat hissələrinin İsrailə tədarükünü dayandırmağı əmr edib

2024:02:12 - 14:38
in DÜNYA
A A

Hollandiya hökuməti İsrailə F-35 qırıcı təyyarələrinin ehtiyat hissələrinin tədarükünü 7 gün müddətinə dayandırmalıdır. Müvafiq qərarı Haaqa Apellyasiya Məhkəməsi dərc edib.

Sənəddə qeyd edilir ki, “İsrailin F-35 qırıcılarının Qəzza zolağında humanitar qanunları ciddi şəkildə pozması riski açıqdır”. Hakimlər bildiriblər ki, İsrailin hücumları artıq qeyri-mütənasib sayda mülki əhalinin, o cümlədən minlərlə uşaq itkisinə səbəb olub və krallıq müxtəlif beynəlxalq qaydalara əsasən hərbi ixracı qadağan etməlidir. “Bu o deməkdir ki, Hollandiyadan İsrailə F-35 ehtiyat hissələrinin ixracı mümkün deyil. Nazir bu qaydanı ixrac lisenziyasına tətbiq etməmək qərarında səhvən bu beynəlxalq öhdəliklərə əməl etməyib. Buna görə də məhkəmə dövlətə F-35 ehtiyat hissələrinin İsrailə ixracını yeddi gün ərzində dayandırmağı əmr edir”.

Bu iddia keçən il dekabrın əvvəlində humanitar təşkilatlar Oxfam Novib, PAX Nederland və The Rights Forum tərəfindən başlayıb. Onların fikrincə, İsrailə ehtiyat hissələrinin göndərilməsi müharibə qanunlarının və adətlərinin pozulmasıdır, çünki Hollandiya bu qırıcıların Qəzza zolağının bombalanmasında da istifadə edildiyini bilir.

15 dekabr 2023-cü ildə Haaqa Rayon Məhkəməsi Hollandiya hökumətinin xeyrinə qərar çıxarıb. Səlahiyyətlilər vurğulayırlar ki, krallıq İsrailə silah tədarük etmir, ancaq öz ərazisində müştəriləri müxtəlif dövlətlər olan Amerika paylama mərkəzinə malikdir. Xarici ticarət və inkişaf üzrə əməkdaşlıq naziri Lişe Şraynmaxer qeyd edib ki, söhbət “Hollandiyada saxlanılan və F-35-dən istifadə edən tərəfdaşlar üçün nəzərdə tutulan Amerika ehtiyat hissələri”ndən gedir.

Əvvəlki Yazı

Ötən il “Bakı KOB evi”ndə sahibkarlara 288 mindən çox xidmət göstərilib

Növbəti Yazı

Fələstinin baş naziri İsrailin UNRWA-nın Qüdsdəki fəaliyyətini məhdudlaşdırmaq qərarını pisləyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.