Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində BƏƏ-nin təhsil naziri Ahmad Belhoul Al Falasi, habelə xalq təhsili və qabaqcıl texnologiyalar üzrə dövlət naziri, “Emirates School Establishment” şirkətinin Direktorlar Şurasının sədri Sarah Al Amiri ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşlər zamanı ölkəmiz ilə Birləşmiş Ərəb Əmirlikləri arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.