ABŞ-ın maliyyə naziri Canet Yellen ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO ilə bağlı dediklərini məsuliyyətsiz hesab edir.
O, çərşənbə axşamı Bloomberg-ə müsahibəsində deyib: “Bizim ittifaqlarımız müdafiəmiz üçün çox vacibdir. Ona görə də keçmiş prezident [Trampın] bizim ittifaqlarımızla bağlı şərhlərinin məsuliyyətsiz olduğunu düşünürəm”.
Yellenin fikrincə, bu cür şərhlər NATO-nun, o cümlədən Ukrayna ilə bağlı kollektiv səylərini sarsıdır. “Müttəfiqlərimiz üçün onlar, yəqin ki, bizim ittifaqlar qarşısında öhdəliklərimizin nə dərəcədə doğru olacağına dair suallar doğurur”, – nazir əlavə edib. (Tass)