Avqust 27, 2025-18:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Milli Qəhrəman Təbriz Xəlilbəylinin xatirəsi anılıb

2024:02:14 - 14:00
in SİYASƏT
A A

Fevralın 14-də Azərbaycan Hərb Tarixi Muzeyində Milli Qəhrəman Təbriz Xəlilbəylinin xatirəsinə həsr olunmuş “Yaddaşlara köçən qəhrəman” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, anım tədbirində şəhid Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, Vətən müharibəsi iştirakçıları, I Qarabağ müharibəsi qaziləri, Müdafiə Nazirliyinin idarə və müəssisələrinin əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə şəhidin döyüş yolundan bəhs edib. Bildirib ki, Milli Qəhrəman 1991-ci ilin sonlarında könüllü olaraq cəbhəyə yola düşüb və qısa müddət ərzində döyüşçü yoldaşları arasında böyük nüfuz və hörmət qazanıb. O, döyüşlərdə qəhrəmanlıq mücəssəməsi nümayiş etdirib, döyüş yoldaşlarının mühasirədən çıxarılmasında iştirak edib, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Təbriz Xəlilbəyli Daşaltı əməliyyatlarında qəhrəmancasına şəhid olub.

Çıxışında 44 günlük Vətən müharibəsindən danışan polkovnik bildirib ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şücaətli Ordumuz böyük qəhrəmanlıq nümunəsi göstərərək Qarabağı 30 illik düşmən işğalından azad etdi.

Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli haqqında “Ulu Türkün Təbrizi” adlı sənədli film nümayiş olunub.

Tədbirin bədii hissəsində Həzi Aslanov adına Ordu, ideoloji iş və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.

Əvvəlki Yazı

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 %-dən çox artıb

Növbəti Yazı

Avropa NATO ölkələri 2024-cü ildə müdafiəyə 3,08 trilyon dollar xərcləyəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.