Avropanın NATO ölkələri və Kanada 2014-cü ildən bəri hərbi xərclərini 600 milyard dollar artırıb.Bunu fevralın 15-də alyansın müdafiə nazirlərinin görüşündən əvvəl keçirilən mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“Son rəqəmləri açıqlaya bilərəm. 2014-cü ildən bəri Avropa ittifaqı ölkələri və Kanada hərbi xərclərini 600 milyard dollar artırıb. Keçən il biz rekord səviyyədə 11% artım müşahidə etdik. 18 müttəfiqin bu il ÜDM-in 2%-nə çatacağını gözləyirəm, yəni bu, daha bir rekorddur”. Onun sözlərinə görə, Avropa NATO ölkələri 2024-cü ildə müdafiəyə 380 milyard dollar xərcləyəcək: “2024-cü ildə Avropanın NATO müttəfiqləri müdafiəyə 380 milyard dollar xərcləyəcək. Bu, ilk dəfədir ki, onların ümumi ÜDM-nin 3%-ni təşkil edir. Avropalı müttəfiqlər daha çox xərcləyir. Amma bəziləri ölkələr hələ də bu yolla getməlidir”, o əlavə edib. (Tass)