Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Vladimir Zelenski cümə günü Yelisey sarayında təhlükəsizlik zəmanətlərinə dair ikitərəfli saziş imzalayacaqlar. Bu barədə AFP agentliyi Fransa liderinin administrasiyasına istinadən məlumat yayıb.
“Bu razılaşma 2023-cü ilin iyulunda Vilnüsdə NATO-nun sammiti çərçivəsində “Yeddilik” qrupunun üzərinə götürdüyü öhdəliklərdən irəli gəlir”, – agentlik Yelisey Sarayının bəyanatından sitat gətirir.
Ukrayna Prezident Aparatının Telegram kanalı yazır ki, Zelenski fevralın 16-da Makron və Almaniya kansleri Olaf Şolzla danışıqlar aparmaq, fevralın 17-də isə Münhen Təhlükəsizlik Konfransında şəxsən iştirak etmək üçün Almaniya və Fransaya səfər edəcək. Aydın olur ki, konfrans çərçivəsində Zelenski xüsusilə ABŞ-ın vitse-prezidenti Kamala Harris, həmçinin Danimarka, Hollandiya, Çexiya və digər ölkələrin liderləri ilə danışıqlar aparmağı planlaşdırır. Daha əvvəl Bloomberg mənbələrə istinadən yazıb ki, Zelenski Ukraynaya hərbi yardımın ayrılmasını sürətləndirmək üçün Qərbi Avropanın bir neçə ölkəsinə səfər etməyi planlaşdırır. (Tass)