Ermənistanın baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfərə gedib. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə fevralın 16-18-də Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək Münhenə işgüzar səfərə yola düşüb. Konfrans zamanı baş nazir bir sıra ikitərəfli görüşlər keçirəcək”, – deyə məlumatda bildirilir.
Konfransın proqramına əsasən, Münhendə Azərbaycan prezidenti İlham Əliyevin də çıxışı gözlənilir. (Tass)