Avqust 22, 2025-22:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“Şahdəniz”, “Ümid”, “Abşeron” yataqlarına olan sərmayə nəticəsində Azərbaycan Qərbi və Şərqi Avropa dövlətlərinə təbii qaz ixrac edir – ŞƏRH

2024:02:16 - 11:54
in SİYASƏT
A A

Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində Azərbaycanın gələcək inkişafı üçün istiqamətləri müəyyən ediB. Ötən illərdə enerji sahəsində həyata keçirilən işlərə nəzər salsaq bugünkü iqtisadi artımın əsasının möhkəm təməllər üzərində qurulduğunu görərik. Prezident İlham Əliyevin yürütdüyü enerji siyasəti Azərbaycanın siyasi, iqtisadi, hərbi və digər sahələrdə inkişafına səbəb olub. Buna misal olaraq 44 günlük Vətən müharibəsində Azərbaycanın işğal olunan torpaqlarını azad etməsini göstərə bilərik.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov deyib. O bildirib ki, ötən 20 il ərzində Prezident İlham Əliyev neft və qaz ixracından əldə olunan gəlirləri ordu quruculuğuna, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına və əhalinin sosial rifahının yüksəlməsinə yönəltməsinin nəticəsində Azərbaycan güclü dövlətə çevrilib.

Ötən 20 ildə Prezident İlham Əliyevin Azərbaycanda hasil olunan təbii qazın ixracı üçün infrastruktur yaratması uzaqgörən strategiyanın uğurudur. Bu gün Azərbaycan məhz bu infrastruktur layihələr hesabına Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır.

Həyata keçirilən Bakı-Tbilisi-Ərzurum (BTC) qaz kəməri və Cənub Qaz Dəhlizi (CQD) layihələri hələ uzun müddət ərzində Azərbaycanın iqtisadi inkişafına stimul verəcək. Əgər 2021-ci ildə BTC vasitəsi ilə 14,365 milyard təbii qaz ixrac edilmişdirsə, 2023-cü ildə bu rəqəm 21,800 milyard kubmetrə çatıb. Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz”, “Ümid”, “Abşeron”, yataqlarına sərmayə cəlb edilməsi də İlham Əliyevin enerji siyasətindəki uğurlardan xəbər verir. Məhz bu sərmayə yatırımının nəticəsidir ki, bu gün Azərbaycan Qərbi və Şərqi Avropa dövlətlərinə təbii qaz ixrac edir.

Azərbaycan 2021-ci ilin iyulunda Avropa İttifaqı ilə imzaladığı müqaviləyə əsasən 2027-ci ilə kimi Cənub Qaz Dəhlizi ilə Avropaya təbii qaz ixracının həcmini 20 milyard kubmetrə çatdıracaq. Həmin il (2021-ci il) Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac etmişdisə, ötən il ixracın həcmi 11,5 milyarda çatıb. Bununla yanaşı, 2028-ci ildə “Ümid” və “Abşeron” yataqlarından böyük həcmdə təbii qaz hasil edilərək bazara çıxarılacaq.

Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdir ki, bu da uzun müddətdə qaz ixracının artırılmasına imkan verir. Bundan başqa, 2027-ci ilin sonuna kimi Azərbaycan yaşıl enerji layihələri çərçivəsində 1862 MVt külək və günəş elektrik enerjisi istehsal etməyi planlaşdırıb ki, bu da 1 milyard kubmetr qazın sərbəstləşməsinə səbəb olacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yalnız təbii qaz ixrac etməklə deyil, həm də tranzit ölkə kimi iştirak edəcək. Bunun üçün Azərbaycan böyük infrastruktura malikdir.

Bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biridir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla həyata keçirən Prezident İlham Əliyev milli maraqları qoruyan prinsipial xarici siyasəti ilə Azərbaycanı Ermənistan kimi güc mərkəzlərinin geosiyasi oyunlara qatılmasının qarşısını alıb.

Andiçmə mərasimindəki nitqində İlham Əliyev yaşıl enerji istehsalı, yeni texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrinə tətbiqindən danışdı. Bütün bunlar zamanın tələbidir və Prezident İlham Əliyev zamanın nəbzini tutaraq Azərbaycanı irəliyə doğru aparır.

Əvvəlki Yazı

ADA Universiteti Özbəkistanın ali və orta məktəblərində təhsil proqramları təqdim edəcək

Növbəti Yazı

BDU-da yaşıl hidrogenin praktikada tətbiqinə dair elmi seminar

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.