Avqust 20, 2025-12:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Bundan sonra beynəlxalq və milli gündəmin təşkilində xarici qüvvələr deyil,məhz Azərbaycan özü rol alacaq – RƏY

2024:02:16 - 13:42
in SİYASƏT
A A

Fevralın 7-də keçirilən seçkilər, sadəcə, prezident seçkiləri deyildi, xalqın müzəffər Liderinə təşəkkür günü idi. Prezident İlham Əliyev də andiçmə mərasimində öz növbəsində xalqa ona etimad göstərdiyi, onu dəstəklədiyi üçün təşəkkürünü bildirdi. Dövlətimizin başçısı dövlət-ordu-xalq birliyinin bizi qələbələrə, yeni zirvələrə apardığını bir daha vurğuladı.

Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi Azərbaycanın onun rəhbərliyi ilə keçdiyi uğurlu yola nəzər salınmaqla, qarşıda duran yeni dövrlə bağlı istiqamətlərlə zəngin oldu. Dövlətimizin başçısı ötən 20 ildə xalqını vahid amal – torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə səfərbər edə bildi. O, yeni dövrün başlanğıcında bu məqsədə nail olduğumuzu, artıq qarşıya yeni hədəflərin qoyulduğunu bəyan etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə söyləyib.

O bildirib ki, dövlətimizin başçısının haqqında danışdığı hədəflərdən ən birincisi hərbi, təhlükəsizlik məsələləri, o cümlədən hərbi sənayenin daha da genişləndirilməsidir. İkinci sırada milli-ideoloji məsələlərdə vahid mövqeyin qorunması, milli ənənələrə, dəyərlərə sadiq nəsillərin yetişdirilməsi gəlir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində işlərin intensivləşdirilməsi, bölgənin geosiyasi landşaftının dəyişdirilməsi, infrastruktur quruculuğu, keçmiş köçkünlərin doğma yurdlarına qaytarılması prosesinin davam etdirilməsi qarşıdakı hədəflərdəndir.

STM-nin baş məsləhətçisi sosial sahənin həmişə olduğu kimi, qarşıdakı dövrdə də dövlətin diqqət mərkəzində olduğunu bildirərək qeyd edib: “Prezident İlham Əliyev əhalinin rifahının yaxşılaşdırılması məqsədilə sosial siyasətdə yeni hədəflərin olduğunu açıqladı. Bu istiqamətdə ən əsas məsələ təbii ki, yeni iş yerlərinin yaradılmasıdır”.

Ş.Cəlilzadə bildirib ki, Azərbaycanda indiyədək bütün siyasi qüvvələrin arzusu və xəyalı olan Türk dünyasının bütövləşməsi Azərbaycan Liderinin səyləri sayəsində gerçəkliyə çevrilməkdədir. Məhz Prezident İlham Əliyev “Türk Dünyası bizim ailəmizdir və bizim başqa ailəyə ehtiyacımız yoxdur” deyərək bu tarixi müzakirələrə nida qoydu. Təbii ki, Qərbin ölkəmizə qarşı qərəzli mövqeyi və Ermənistanın tarixən işğalçılıq siyasəti qarşısında indiyədək susması, indi isə onu dəstəkləməsi – bütün bunlar qəbuledilməzdir. Lakin dövlətimizin başçısı dünya ictimaiyyəti dedikdə 20-30 dövlətin nəzərdə tutulmadığını açıq-aşkar bəyan edərək, heç bir xarici qüvvənin bizi milli amallardan döndərə bilməyəcəyini vurğuladı.

“Ən əsas məsələ, Ermənistan-Azərbaycan mövzusu artıq beynəlxalq gündəmdə olmayacaq, çünki bundan sonra beynəlxalq və milli gündəmin təşkilində xarici qüvvələr deyil, məhz Azərbaycan özü rol alacaq”, – deyə Şəhla Cəlilzadə vurğulayıb.

Əvvəlki Yazı

Əli Əsədov Baş nazir təyin edilib – SƏRƏNCAM

Növbəti Yazı

Vüqar Əliyev: Azərbaycanın döyüş təcrübəsi öyrənilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.