İyun 18, 2025-2:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Sahibkarlarla keyfiyyətli və rəqabətədavamlı meyvə istehsalı yolları müzakirə edilib

2024:02:16 - 15:03
in İQTİSADİYYAT
A A

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə ölkədə meyvə istehsalı ilə məşğul olan sahibkarlarla videokonfrans formatında görüş keçirilib.

Görüşdə agentliyin Aparat rəhbəri Elxan Mikayılov ölkədə təhlükəsiz və beynəlxalq standartlara uyğun meyvə istehsalının qida təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, son illər Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə həyata keçirilən islahatlar, həmçinin kənd təsərrüfatı və qida sənayesi sektorlarında müasir standartların tətbiq olunması bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün geniş imkanlar yaratdığı və ixrac potensialının artırılmasına gətirib çıxardığı qeyd olunub. Keyfiyyətli və rəqabətədavamlı məhsulların istehsalı isə ilk növbədə aqrotexniki qaydalara düzgün riayət edilməsi ilə bağlıdır.

Görüşdə daha sonra meyvə istehsalı sahələrində pestisid və aqrokimyəvi maddələrin qalıq miqdarına nəzarət, təsərrüfatlarda aşkarlanan zərərli orqanizmlərlə, o cümlədən də qəhvəyi mərmər bağacığı ilə mübarizə, qeyd jurnallarının tətbiqi, pestisidlərdən və aqrokimyəvi maddələrdən istifadə qaydaları haqqında sahibkarlara ətraflı məlumat verilib, müvafiq qaydalara əməl olunmasının vacibliyi önə çəkilib. Eləcə də vurğulanıb ki, sahibkarlar torpaqda pestisid qalıqlarının, ağır metalların, mikro və makroelementlərin təyini, su və aqrokimyəvi maddələrdə kimyəvi-toksikoloji müayinələrin həyata keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Şamaxı Regional Sınaq Laboratoriyasına müraciət edə bilərlər.

Görüşün yekununda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Əvvəlki Yazı

İxraca göndərilən neft məhsullarının həcmi 2,4 dəfə azalıb

Növbəti Yazı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsi Səyyad Salahlıya həvalə olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.