İyun 16, 2025-13:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycandakı aqroparklar ötən il 96 milyon manatlıq məhsul satıb

2024:02:16 - 15:43
in İQTİSADİYYAT
A A
2023-cü ildə Azərbaycandakı aqroparklardan 96 milyon manatlıq məhsul satışı həyata keçirilib.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

“Ötən il aqroparklarda buğda istehsalı 41 min ton, arpa istehsalı 24 min ton, dən qarğıdalı istehsalı 31 min ton, şəkər çuğunduru istehsalı 78 min ton, kartof istehsalı 14 min ton, soya istehsalı 1.2 min ton, pambıq istehsalı 11 min ton, silos üçün qarğıdalı istehsalı 52 min ton və yonca istehsalı 11 min ton olub. İstehsal olunan 41 min ton buğdanın 66%-i ərzaqlıq, 18%-i toxumluq, 16%-i yemlik buğda olub”, – deyə o qeyd edib.

S. Adıgözəlov əlavə edib ki, aqroparklarda müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı müəyyən işlər həyata keçirilib: “Belə ki, aqroparkların əkin sahələrinin 16,3 min hektarı pivot, 6.1 min hektarı damcı, 1 min hektarı sprinkler vasitəsi ilə suvarılır. İnnovativ texnologiyalar tətbiq edilən aqroparklarda hər hektara düşən orta məhsuldarlıq arpa və buğda üzrə 6-7 ton/ha (ölkə üzrə 3,2 ton), qarğıdalı üzrə 12-15 ton/ha (ölkə üzrə 6 ton), şəkər çuğunduru üzrə isə 80 ton/ha-dır (ölkə üzrə 43 ton/ha). Bundan əlavə, aqroparklarda 47 min kubmetr tutumunda soyuducu və 142 min kubmetr tutumunda müasir taxıl anbarı kompleksləri mövcuddur. Fəaliyyətə başlamış aqroparklardan 5-i ətlik və südlük istiqamətli heyvandarlıq məhsulları istehsal edir”.

Əvvəlki Yazı

Fərid Şəfiyev: “Ermənistan bizim üçün təhdid deyil”

Növbəti Yazı

Qarasu kənd tam orta məktəbinin şagirdləri erkən nikahların fəsadları barədə maarifləndirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.