Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Fevralın 16-da Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri Lui Bono ilə görüşüb.Həmsahiblər Cənubi Qafqazda təhlükəsizlik məsələlərini, həmçinin Regionda baş verən son hadisələrə toxunulub.Ermənistan və ABŞ arasında ikitərəfli tərəfdaşlığın gündəliyinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, – deyə məlumatda bildirilir. (Tass)