İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın hava məkanını zəbt edərək, şiə milisi Hizbullahın forpostlarının yerləşdiyi cənub bölgələrinə hücum edib. Al Wataniya agentliyinin verdiyi məlumata görə , düşmən təyyarələri Aytrun, Beyt-Lif, Zıbkin, Mərvahin və Yarun yaşayış məntəqələrinin ətrafına hücum edib.
Hadisə şahidlərinin sözlərinə görə, bu ərazilərdə güclü partlayış səsləri eşidilib və qara tüstü sütunları səmaya qalxıb. Zərbələrin nəticələri və insan tələfatı barədə hələlik məlumat yoxdur.
Bundan əvvəl İsrailə məxsus pilotsuz uçan aparat Hizbullah hərbi birləşmələrinin Bint Cbeil şəhərindəki qərargahına raket zərbəsi endirib. Livan Qızıl Xaç Cəmiyyətindən bir neçə təcili yardım maşını hadisə yerinə gedib.
Janoubia xəbər portalı İsrail artilleriyasının səhər saatlarından etibarən şiə döyüşçülərinin İsrailin şimal bölgələrini atəşə tutduğu Salxani vadisi və Cebel Blat dağlıq ərazisini atəşə tutduğunu bildirib. (Tass)