Ötən ilin oktyabrında Fələstin anklavında gərginliyin artmağa başlamasından bəri İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlarda 28 minə yaxın fələstinli həlak olub. Bu barədə sektorun Səhiyyə Nazirliyindən məlumat verilib.
“İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı 27 985 nəfərə çatıb”, – ” Əl-Cəzirə” telekanalının departamentə istinadən verdiyi məlumatda bildirilir. Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusunun hərəkətləri nəticəsində anklavda 68 883 fələstinli yaralanıb.
Təkcə son sutka ərzində departamentin məlumatına görə, İsrailin Qəzza bölgələrini bombalaması nəticəsində 127 nəfər ölüb, 200-dən çox insan yaralanıb. (Tass)