İspaniya hökuməti Brüsseldən AB xarici işlər nazirləri səviyyəsində martın 18-nə planlaşdırılan növbəti görüş üçün İsrailin icmanın assosiasiya sazişi çərçivəsində insan hüquqları üzrə öhdəliklərinə əməl edib-etməməsi ilə bağlı təhlil hazırlamağı xahiş edir. Bunu krallığın xarici işlər naziri Xose Manuel Albares Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən deyib.
Fevralın 14-də məlum olub ki, İspaniya və İrlandiya Avropa Komissiyasını (AK) yəhudi dövlətinin Qəzza zolağında insan hüquqlarının müdafiəsi üzrə üzərinə götürdüyü öhdəliklərə əməl edib-etmədiyini təcili qiymətləndirməyə çağırıb. İki ölkə, həmçinin İsrailin öhdəliklərini pozduğu hesab edilərsə, müvafiq tədbir görülməsini təklif edib. Albarez, məqsədin “Qəzzada Fələstin mülki əhalisini” qorumaq olduğunu qeyd edərək, “Mən bu qiymətləndirmənin növbəti Xarici Əlaqələr Şurasına hazır olması üçün xüsusi bir tələb irəli sürəcəyəm ki, bütün nəticələr çıxara bilək” deyib.
Fevralın 12-də Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, İsraili dəstəkləyən ölkələrin səlahiyyətliləri Qəzza zolağında mülki əhalinin tələfatının qarşısını almaq üçün ondan xahiş etməyi dayandırmalıdır. Onun sözlərinə görə, onlar özləri hərəkətə keçməlidirlər, məsələn, silah tədarükünün məhdudlaşdırılması. (Tass)