Avqust 27, 2025-23:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“AzerGold” Daşkəsəndə qadınların məşğulluğunun artırılması layihəsinin icrasına başlayıb

2024:02:19 - 16:39
in SOSİAL
A A

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi “Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” layihəsinin icrasına başlayıb.

Layihə QSC-nin “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən kəndlərdə yaşayan qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsi, aztəminatlı evdar qadınların məşğulluğu və mikro sahibkarlığın inkişaf etdirilməsi məqsədi daşıyır.

Bu məqsədlə “AzerGold” QSC və Dövlət Məşğulluq Agentliyinin mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə qadınlara əmək bazarındakı aktual peşə-ixtisas sahələri, məşğulluq mərkəzlərində qeydiyyata alınma qaydası, mövcud olan vakansiyalar, peşə təhsili müəssisələrinə qəbul şərtləri, özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilib. Həmçinin təlim iştirakçılarının düzgün iş seçimində karyera planlaması, potensialın kəşf edilməsi, bazar imkanlarının araşdırılması, fəaliyyət planının qurulması, iş axtarışı alətləri və müsahibəyə hazırlıq mövzularında maarifləndirilməsi təmin edilib.

Təlim zamanı iştirakçıların çoxsaylı sualları cavablandırılıb, onlara “AzerGold” QSC-nin elektron işə qəbul sistemi, vakant yerlər üzrə namizədlərin imtahan üsulu ilə əmək fəaliyyətinə cəlb edilməsi, eyni zamanda Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi xidmətlərdən istifadə imkanları barədə geniş bəhs olunub, qadınların bu xidmətlərdən yararlanmaları üçün zəruri məsləhətlər verilib.

Layihənin növbəti mərhələsində bilik və bacarıqları məqbul hesab edilən qadınların “AzerGold” QSC-nin dəstəyi ilə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq istiqamətlər üzrə peşə fəaliyyəti və özünüməşğulluq proqramına cəlb edilməsi üçün zəruri addımların atılması nəzərdə tutulub.

Qeyd edək ki, 2023-cü ildən icra edilən layihə çərçivəsində təlimlərdə iştirak etmiş və Dövlət Məşğulluq Agentliyinə rəsmi müraciət etmiş qadınlardan 2 nəfəri müvafiq peşə üzrə işlə təmin edilib, 1 nəfər üçün iş yeri təyin olunub, daha 1 nəfər növbəyə alınıb. Bundan başqa, 3 nəfər özünüməşğulluq proqramının maldarlıq zərfi üzrə aktivlərlə təmin olunub, daha 3 nəfər növbəyə alınıb, 1 nəfər isə peşə təhsilinə yönəldilib.Apa.

Əvvəlki Yazı

Azad edilmiş ərazilərdə daha 79 mina aşkarlanıb

Növbəti Yazı

Rektor: Milli-mənəvi dəyərlərin qorunması Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.