Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il 25 yanvar tarixli Sərəncamından irəli gələrək AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Məhəmməd Füzuli – 530” adlı elektron baza yaradılıb. Elektron baza institutun kitabxanası tərəfindən hazırlanıb.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, elektron bazaya Məhəmməd Füzulinin institutun kitabxanasında qorunan əsərləri, dahi sənətkarın yaradıcılığı ilə bağlı tədqiqat əsərləri haqqında biblioqrafik məlumatlar daxil edilib.