Avqust 28, 2025-16:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

KOBİA nümayəndələri BƏƏ və Qətərdə səfərdə olublar

2024:02:21 - 13:00
in İQTİSADİYYAT
A A

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Qətərə işgüzar səfər çərçivəsində Dohada bir sıra görüşlər keçiriblər.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov və Qətər Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Məhəmməd bin Əhməd bin Tvar arasında keçirilmiş görüşdə Azərbaycan-Qətər Birgə Biznes Şurasının fəaliyyətinə, işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə təşəbbüslərə və tədbirlərə dair fikir mübadiləsi aparılıb.

KOBİA nümayəndələri Dohadakı Ticarət Evində də olub, mərkəzin əməkdaşları ilə satış, ixrac və ticarət evinin fəaliyyəti ilə bağlı söhbət ediblər.

Birləşmiş Ərəb Əmirliklərinə səfər çərçivəsində isə KOBİA nümayəndələri Dubay şəhərində keçirilən “Gulfood 2024” – 29-cu Beynəlxalq Qida, İçkilər və HoReCa Sənayesi Sərgisində olublar. Sərgi ilə tanışlıq zamanı KOBİA nümayəndələri “Made in Azerbaijan” vahid ölkə stendini də ziyarət ediblər. İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 20-dən çox şirkətinin məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur. Stenddə KOBİA və AZPROMO da təmsil olunur, ziyarətçilərə sahibkarlara göstərilən dəstək, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verilir, müvafiq çap materialları təqdim edilir.

Səfər çərçivəsində KOBİA nümayəndələri Dubayda fəaliyyət göstərən Azərbaycan Ticarət Evində də olub, məhsullarımızın satışı, ticarət evinin ehtiyacları ilə maraqlanıblar.

Əvvəlki Yazı

Azərbaycanın xarici siyasətdə atacağı addımlar ölkəmizə qarşı sərgilənən mövqeyə simmetrik olacaq RƏY

Növbəti Yazı

Azərbaycanda dövlət satınalmalarında büdcə vəsaitlərinə qənaət 17 % artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.