Nyu-York əyalətinin baş prokuroru Letitia James bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Tramp Organisation” ilə fırıldaqçılıq işi üzrə təqribən 355 milyon dollar ödəməsə, onun aktivlərinin müsadirə olunmasını tələb edəcək.
“Əgər onun (Tramp – TASS) cəriməni ödəmək üçün vəsaiti yoxdursa, biz qərarın icrası üçün məhkəməyə müraciət edəcəyik və onun aktivlərinə həbs qoyulmasını xahiş edəcəyik”, – o, ABC News-a müsahibəsində deyib. Onun sözlərinə görə, müsadirə Uoll-stritdə yerləşən Trampa məxsus göydələni əhatə edə bilər.
Fevralın 16-da Nyu-York məhkəməsi Trampı “Trump Organization” təşkilatının aktivlərinin qiymətləndirilməsində fırıldaqçılıqla bağlı mülki işdə təqsirli bilib və ona təxminən 355 milyon dollar ödəməyə məcbur edib. Onun vəkili Alina Xabbanın sözlərinə görə, keçmiş Amerika lideri bu qərardan apellyasiya şikayəti vermək niyyətindədir. (Tass)