ABŞ Yəməndə husi üsyançı Ənsar Allah hədəflərinə dörd zərbə endirib. Bu barədə çərşənbə günü ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Fevralın 21-də saat 12:00-dan 18:45-dək CENTCOM husilərin yeddi mobil gəmi əleyhinə qanadlı raketinə və bir ballistik raket buraxılış qurğusuna qarşı dörd özünümüdafiə zərbəsi endirdi”, – komandanlığın X (əvvəllər Twitter) səhifəsində dərc edilmiş bəyanatında deyilir.
“Bu müddət ərzində CENTCOM özünümüdafiə məqsədilə pilotsuz uçuş aparatını da vurub”, – departament qeyd edib. (Tass)