Avqust 29, 2025-0:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezident gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsini mühüm vəzifə kimi qarşıya qoyub – RƏY

2024:02:22 - 14:21
in SİYASƏT
A A

Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Sübhan Padarsoy Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsinin qarşıya mühüm vəzifə kimi qoyduğunu bildirib.

STM-nin əməkdaşı “Report”a açıqlamasında qeyd edib ki, milli və mənəvi dəyərlərin qorunması, siyasi, iqtisadi, hərbi suverenliklə yanaşı, gənclik düzgün şəkildə yetişdirilməlidir.

Onun sözlərinə görə, qloballaşma prosesinin müsbət və mənfi tərəfləri var: “Dəyişikliyə davam gətirməyən, öz milli kimliyini və dəyərlərini müdafiə edə bilməyən mədəniyyətlər böyük güclərin təsiri altına düşür. Bu kontekstdə bir növ kultural müstəmləkələşdirilmə prosesi baş verir.

Milli mədəniyyəti qorumaq üçün ailə və məktəblərin rolu böyükdür. Ailə ilk ideoloji təhsil ocağıdır. Biz sağlam gənclik yetişdirmək istəyiriksə, cəmiyyətin özəyi olan ailənin sarsılmazlığını təmin etməliyik. Ailə həm iqtisadi, həm də hüquqi baxımdan dövlətin müdafiə çətiri altında olmalıdır. Ailə institutu sarsıldığı zaman öz milli kökünə, kultural dəyərlərinə getdikcə yadlaşan fərdlərdən ibarət bir kütləyə çevrilmiş olarıq”.

Ekspertin fikrincə, təhsil institutlarının möhkəmliyini də diqqətdə saxlamaq vacibdir: “Təhsil siyasətinin əsası müasirləşmək, texnoloji biliklər qazanmaqla yanaşı, öz milli-mənəvi dəyərlərinə, tarixinə, keçmişinə sayğı aşılamaqdır. Bizə öz tarixini inkar edən, keçmişinə yadlaşan bir gənclik lazım deyil”.

Prezidentin andiçmə mərasimində çıxışı zamanı gənclərin milli-mənəvi ruhda tərbiyəsini mühüm vəzifə olaraq qarşıya qoyduğuna toxunan S.Padarsoy bildirib ki, bu, hər kəsin səfərbər olmasını vacib edən məsələdir:

“Prezident çıxışında vurğuladı ki, ideoloji risklər sərhəd tanımır. Bu o deməkdir ki, qloballaşan dünyada gənc nəslin vətənpərvərlik, milli adət-ənənə ruhunda tərbiyə olunması cəmiyyət üçün çətin və məsuliyyətli işdir”.

Əvvəlki Yazı

Azərbaycan Xocalı soyqırımının günahkarlarının cəzalandırılması məsələsində ədaləti özü bərpa edir  ŞƏRH

Növbəti Yazı

Qərbi Azərbaycan İcması: Makronun ermənidən çox ermənilik etməsi gülüş doğurur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.