Avqust 28, 2025-22:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Nazir müavini: “Azərbaycan Avropaya ilkin mərhələdə 4 QVt “yaşıl enerji” ixrac edicək”

2024:02:22 - 14:47
in İQTİSADİYYAT
A A

Azərbaycandan Avropaya ilkin mərhələdə 4 QVt həcmində “yaşıl enerji” ixracı nəzərdə tutulur.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu energetika nazirinin müavini Kamal Abbasov Beynəlxalq Enerji Forumunun ev sahibliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilmiş “Enerjiyə baxış üzrə 14-cü Beynəlxalq Enerji Agentliyi (IEA) – Beynəlxalq Enerji Forumu (IEF) – Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Simpoziumu”nda çıxışı zamanı bildirib.

Çıxışda Azərbaycanın enerji sektorunda həm ənənəvi, həm də bərpa olunan enerji mənbələri baxımından əldə etdiyi nailiyyətlər qeyd edilib. Cari ildə COP29-a ev sahibliyi edəcək Azərbaycanın davamlı və ekoloji cəhətdən təmiz enerji həllərinə müstəsna diqqət yetirdiyi vurğulanıb.

O bildirib ki, Azərbaycan COP28 çərçivəsində “yaşıl enerji” və enerji səmərəliliyi ilə bağlı təşəbbüslərə qoşulub və bərpa olunan enerjinin ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə payının 2027-ci ilədək hazırkı 20 %-dən 33 %-ə yüksəldilməsi planlaşdırılır.

K. Abbasov qeyd edib ki, Azərbaycanın “yaşıl hidrogen” sahəsinə marağı ifadə edilib və vurğulanıb ki, aşağı karbonlu enerjiyə artan tələbatı ödəmək üçün hidrogenin bərpa olunan enerji mənbələri hesabına istehsalı və ixracı potensialı araşdırılır.

Simpoziumda “Enerji təhlükəsizliyi, texnologiya və davamlılıq – Ssenarilər və bazarlar”, “Əsas dünyagörüşü və müqayisəli təhlil nəticələri”, “Enerji təhlükəsizliyində ticarət və investisiya, Bazar sabitliyi və əlverişli giriş” və “Ortaq məqsədlərə çatmaq üçün siyasət və enerji bazarı təşviqləri” adlı 4 sessiya üzrə müzakirələr aparılıb.

Tədbirin açılış hissəsində Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, IEF, OPEC Baş katibləri, İEA-nın icraçı direktorunun müavini, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktorunun müavini, digər sessiyalarda isə bir sıra beynəlxalq təşkilat və qurumların ekspertlərinin çıxışları dinlənilib.

Əvvəlki Yazı

Azərbaycan və Estoniya parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Növbəti Yazı

“Yüksəliş” qalibi: Müsabiqənin heç bir mərhələsinə əvvəlcədən hazırlaşmamışam

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.