Avqust 29, 2025-0:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Asiya Parlament Assambleyasında Fələstin komitəsi yaradılacaq YENİLƏNİB

2024:02:23 - 12:44
in SİYASƏT
A A

Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası fevralın 23-də işini komitə iclasları ilə davam etdirib.

AZƏRTAC xəbər verir ki, sessiya çərçivəsində keçirilən Siyasi məsələlər daimi komitəsinin iclasında Asiya parlamentlərinin Fələstin xalqına dəstək verməsi ilə bağlı qətnamə layihəsi müzakirə olunub.

Tədbirin moderatoru İraq-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İraq parlamentinin Xarici əlaqələr şöbəsinin müdir müavini Cabbar Al-Kinani diqqətə çatdırıb ki, Asiya Parlament Assambleyasının Fələstin xalqı məsələsi ilə bağlı komitənin yaradılması planlaşdırılır. Vurğulayıb ki, Fələstin xalqı məsələsi təkcə APA-nı deyil, bəşəriyyəti düşündürən məsələdir.

İraq parlamentinin rəsmisi bildirib ki, mülki insanların, uşaqların, qadınların qətlə yetirilməsi insanlığa sığmır və buna son qoyulmalıdır.

Diqqətə çatdırılıb ki, Asiya Parlament Assambleyası Qəzzada baş verənləri dayandırmaq üçün imkanlarından istifadə etməlidir.

Qətnamə layihəsi müzakirələrdən sonra qəbul edilib. Həmçinin APA-da yeni – Fələstin komitəsinin yaradılması barədə də qərar verilib.

Qeyd edək ki, Fələstin xalqına dəstəklə bağlı qətnamə layihəsi Asiya Parlament Assambleyasının 14-cü sessiyanın yekununda qəbul ediləcək Bakı Bəyannaməsində də öz əksini tapacaq.

Plenar sessiya işini fevralın 24-də başa çatdıracaq.

Əvvəlki Yazı

“Azəriqaz” işğaldan azad edilmiş ərazilərdə görülən işləri açıqlayıb

Növbəti Yazı

“Aztelekom”un xalis zərəri 2 dəfədən çox artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.