Avqust 28, 2025-22:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Əqli Mülkiyyət Agentliyinin əməkdaşı vəkillər üçün təlim keçib

2024:02:23 - 14:00
in SOSİAL
A A

Əqli Mülkiyyət Agentliyi mütəmadi olaraq ictimaiyyətin müxtəlif kateqoriyasından olan nümayəndələri üçün əqli mülkiyyət sahəsi üzrə maarifləndirmə tədbirləri keçirir.

Bu günlərdə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Vəkillər Kollegiyasının üzvləri üçün “Əqli mülkiyyət sahəsində mübahisələrə baxılmasının hüquqi mexanizmləri” mövzusunda ixtisasartırma kursu təşkil olunub. Kurs çərçivəsində Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin böyük məsləhətçisi Əkbər Əliyev tərəfindən vəkillər üçün təlim keçirilib.

Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib. Bildirilib ki, 20 vəkilin iştirak etdiyi tədbirdə əqli mülkiyyət hüququ sahəsində mübahisələrin həllinə dair qanunvericiliyin tələbləri barəsində mühazirə oxunub. İnteraktiv formada keçirilən təlimdə Ə.Əliyev əqli mülkiyyət hüququ üzrə əsas hüquqi anlayışlar, əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələrin həllinin hüquqi mexanizmləri, mübahisələrin məhkəmədə və məhkəmədən kənar həlli, müəlliflik hüququ və əlaqəli hüquqların müdafiəsi, sənaye mülkiyyəti sahəsində mübahisələrin həllinin xüsusi hüquqi mexanizmləri mövzularından ətraflı danışıb.

Eyni zamanda, mövzu üzrə praktiki məsələlər, məhkəmə təcrübəsi, mövcud problemlər və onların həlli üsulları barədə məsələlərə aydınlıq gətirilib.

Təlimdə iştirakçıları maraqlandıran nəzəri, qanunvericiliklə bağlı və praktiki məsələlərə dair müxtəlif suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Əvvəlki Yazı

Azərbaycanda əhalisinin sayı üç mindən az olan kəndlərin bələdiyyələri birləşdirilir – YENİ LAYİHƏ

Növbəti Yazı

MİDA: Cəbrayılda yaşayış kompleksinin inşası bu il yekunlaşacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.