Fələstin anklavının Səhiyyə Nazirliyinin məlumatına görə, ötən ilin oktyabr ayının əvvəlindən indiyədək İsrail ordusunun Fələstinin Qəzza zolağında keçirdiyi əməliyyatların qurbanlarının sayı 29,7 min nəfərə yaxınlaşır.
“İsrailin Qəzzada təcavüzü qurbanlarının sayı bu gün 29 692 nəfərə çatıb”, – Səhiyyə Nazirliyinin rəsmi Facebook səhifəsində dərc edilən bəyanatda deyilir. Departamentin məlumatına görə, sektorda gərginliyin kəskin artdığı gündən bu günə kimi 69 879 nəfər xəsarət alıb.
Təkcə son 24 saat ərzində İsrailin Qəzzanı atəşə tutması və bombalaması nəticəsində 86 fələstinli həlak olub, daha 131 nəfər yaralanıb. (Tass)