Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin başçısı Əhməd Avad bin Mübarək Rusiya tərəfinin dəvəti ilə Moskvaya rəsmi səfərə gedib. Bu barədə Səba dövlət agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, səfər zamanı baş nazir Rusiyanın xarici işlər naziri Sergey Lavov, baş nazirin müavini Aleksey Overçuk, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Federasiya Şurasının sədri Valentina Matvienko ilə görüşməyi planlaşdırır.
Agentlik qeyd edib ki, Mübarək Rusiya rəsmiləri ilə ikitərəfli münasibətlərə dair məsələləri, regional gündəliyin bəzi aspektlərini, eləcə də “Rusiyanın Yəməndə təhlükəsizlik və sülhün bərqərar olmasına yardımda rolunu” müzakirə etmək niyyətindədir.
Əhməd Avad bin Mübarək 2020-ci ilin sonundan tutduğu xarici işlər naziri postunu qoruyub saxlamaqla fevralın 5-də Yəmən hökumətinin başçısı təyin edilib. Bu, onun respublikanın baş naziri kimi ilk xarici səfəridir. (Tass)