Bakı və Sumqayıt arasında dəmir yolu infrastrukturu yenidən qurulacaq.
Bu bərədə “Report”un sualını cavablandırarkən “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib.
Onun sözlərinə görə, bunun üçün də böyük məbləğdə investisiya tələb olunur: “Qatarların gecikməyi dünyanın hər yerində olur. Qeyri-normal hava şəraitində gecikmələr, texniki problemlər baş verir. Bizim dəmir yollarında bunun köklü səbəbi köhnə infrastrukturla əlaqəlidir”.
O qeyd edib ki, Bakı və Sumqayıt arasında dəmir yolunun infrastrukturu yenidən qurulması planda var.