Burkina-Fasonun şərqində bir məscidə hücum edən silahlılar orada onlarla insanı qətlə yetiriblər. Bu barədə Agence France-Presse (AFP) Afrika ölkəsinin təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayıb.
“Silahlı şəxslər Natiaboanidə məscidə hücum edib, nəticədə onlarla insan ölüb”, – agentliyin mənbəsi bildirib. Öz növbəsində yerli sakin bildirib ki, öldürülənlərin hamısı müsəlmanlar, əsasən kişilərdir.
Məscidə hücumun hansı radikal qruplaşma tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. (Tass)