BrahMos səsdən sürətli qanadlı raketi Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin əsas silah sisteminə çevriləcək. Bu barədə Hərbi Dəniz Qüvvələrinin rəisi admiral Hari Kumar ANI -yə müsahibəsində bildirib.
“BrahMos Hindistanın digər ölkələrdən aldığı köhnə raket sistemlərini əvəz edəcək və Hərbi Dəniz Qüvvələrinin gəmilərinin əsas yerdən-yerə raket silahına çevriləcək”, – deyə o bildirib.
Onun sözlərinə görə, raket uzaq məsafəyə və dağıdıcı gücə malikdir. “Bu raketin üstünlüyü Hindistanda istehsal olunmasıdır. Ona görə də biz heç kimdən asılı deyilik, bu da Hərbi Dəniz Qüvvələrinə öz imkanlarına inam verir”, – Kumar vurğulayıb.
Keçən həftə Hindistan Hökumətinin Təhlükəsizlik Komitəsi Hindistan Hərbi Dəniz Qüvvələri üçün 200-dən çox uzaq mənzilli BrahMos gəmi əleyhinə raketlərin alınmasını təsdiqləyib. Satınalma dəyəri 190 milyard rupi (2,3 milyard dollardan çox) təşkil edəcək. Raketlər dörd ən son Visakhapatnam esminesi, həmçinin yeddi Type 17A freqatı ilə xidmətə girəcək. (Tass)