May 14, 2026-20:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Erməni terrorundan zərər çəkmiş udi: Ailəmizin 4 üzvü həlak olub

2024:02:26 - 16:52
in SİYASƏT
A A

Soyqırımları, çoxsaylı qətliamlar, terror aktları… Erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri bu cinayətlərin qurbanları arasında ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri də var. Belə terror hücumuna məruz qalanlardan biri də Qəbələnin Nic qəsəbəsində yaşayan udi xalqının nümayəndələrindən olan Avtandilovlar ailəsidir.

Avtandilovlar Nic qəsəbəsində böyük nəsillərdən sayılır. 1991-ci ildə ailənin altı üzvü Qroznı şəhərindən Moskva-Bakı qatarına bilet alaraq Vətənə – Azərbaycana yola düşür. Qatar Dağıstanın Xasavyurd məntəqəsində bilinməyən səbəbdən keçikir və ən sonuncu vaqonda partlayış baş verir. Terror hadisəsi nəticəsində ailənin 4 üzvü hadisə yerində həlak olur, 2 nəfər isə ağır yaralanır…

Bu barədə AZƏRTAC-a Avtandilovlar ailəsinin üzvü Apres Avtandilov danışır. Nə qədər ağır olsa da, onun ailəsi bu terror faciəsini yaşayıb və erməni terrorunun nə olduğunu yaxşı bilir.

“1991-ci il mayın 30-u idi. Moskva-Bakı qatarı ilə yola çıxmışdıq. İki bacım Zabella və Zina, qardaşım Vladislav, bir də qardaşımın həyat yoldaşı Larisa terror hadisəsində həlak oldular. Digər iki qardaşım isə ağır yaralanaraq, əlil qalıblar. Nə deyə bilərəm, biz faciəni yaşamışıq, terrorun nə olduğunu bilirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, – deyir və göz yaşlarını gizlədə bilmir.

Baş verən terror hadisəsi ilə bağlı sonradan ailə üzvlərinə istintaq komitəsindən dəvət gəlir. Araşdırmalar zamanı məlum olur ki, erməni millətçiləri həmin qatarın sonuncu vaqonuna bomba yerləşdiribmiş və qatar Xasavyurdda deyil, Azərbaycan ərazisində, böyük ehtimalla Sumqayıtdakı dayanacaqlardan birində partlamalıymış.

Hər il Xocalı faciəsi anılan gün Nic qəsəbəsində yaşayan udilər bir araya gəlir və öncə Avtandilovların məzarını ziyarət edir, sonra isə Məryəm Ana kilsəsində dua mərasimi təşkil olunur. Dua mərasimi həm udi, həm də Azərbaycan dillərində icra edilir.

Alban-Udi dini icmanın sədr müavini Rafik Danakari belə dua mərasimlərini hər il keçirdiklərini diqqətə çatdırır və əlavə edir ki, alban-udilər erməni terrorundan əziyyət çəkən bir xalq olaraq, hər zaman terrorçuları lənətləyir və qatıldıqları tədbirlərdə bu barədə məlumatları dilə gətirməkdən çəkinmirlər.

Rafik Danakari diqqətə çatdırır ki, Məryəm Ana kilsəsində yaddaş lövhəsinin qarşısında həm də Avtandilovlar ailəsinin terrora məruz qalması ilə bağlı Azərbaycan, ingilis və rus dillərində informasiyalar, sənədlər nümayiş etdirilir.

Udi xalqının digər nümayəndəsi, dua mərasiminə qatılan Sergey Antonov isə bildirir ki, Məryəm Ana kilsəsi 44 günlük Vətən müharibəsinin ən çətin günlərində Azərbaycan dövləti tərəfindən restavrasiya olunaraq udi xalqına ərmağan edilib: “Dünya gördü ki, biz udilər Azərbaycan xalqı ilə bir yerdəyik, bizi ayırmaq mümkün deyil. Əksinə, terroru hər zaman lənətləyirik. Ona görə də erməni terroruna məruz qalan Avtandilovlar barədə məlumatlar üç dildə yazılaraq, müqəddəs məkanı ziyarət edən hər kəsin diqqətinə çatdırılır”.

Onu da qeyd edək ki, azadlığa qovuşan torpaqlarımızdakı alban kilsələri və monastrlarda da Xocalı faciəsinin ildönümü ilə əlaqədar dua mərasimləri keçirilib.

Əvvəlki Yazı

Prokuror üç nəfərin qətlində təqsirləndirilən şəxsə ömürlük cəza istəyib

Növbəti Yazı

Cənub bölgəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.