Şiə Hizbullah partiyasının döyüşçüləri İsrailin Livanın şərqindəki Baalbek şəhərinə hava hücumuna cavab olaraq ona “sürpriz” təqdim edəcəklər. Bu sözləri Beyrutda şiə icmasından olan deputat Həsən Fadllalla deyib.
“İsrailin Baalbekə basqını cavabsız qalmayacaq; müqavimət qüvvələri İsrailin aqressiv şövqünü yumşaltmaq üçün ən yaxşı yolu seçəcək”, – deyə qanunverici bildirib.
Fadlallah iddia edib ki, İsrail “Livan ərazisinin dərinliklərində zərbələr endirməklə cəbhədəki hərbi vəziyyəti öz xeyrinə dəyişə bilməyəcək”. O, Hizbullah döyüşçülərinin uğurlu hərəkətlərinə misal olaraq bazar ertəsi İqlim əl-Tufah bölgəsi üzərində İsrailə məxsus Hermez 450 pilotsuz təyyarəsinin məhv edilməsini göstərib.
“Müqavimət İsrailin Livanın dinc şəhər və kəndlərinə istənilən hücumunu dəf edəcək”, – deputat vurğulayıb. (Tass)
