Yəmənin baş naziri və xarici işlər naziri Əhməd Avad bin Mübarək Rusiya prezidenti Vladimir Putinə Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Aliminin salamını çatdırıb.
“İcazə verin, Yəmən Prezident Rəhbərlik Şurasının rəhbəri Rəşad (Məhəmməd) əl-Alimi və onun üzvlərinin ən xoş arzularını və salamlarını Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə çatdırım”, – o, Rusiya Xarici işlər naziri Sergey Lavrov ilə danışıqlarda deyib. (Tass)