Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui mart ayında Rusiya, Ukrayna və digər Avropa ölkələrinə səfər edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq brifinqdə bildirib.
“Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Ukrayna böhranının siyasi həllini təşviq etmək üçün martın 2-dən Rusiya, Aİ-nin mənzil-qərargahı, Polşa, Ukrayna, Almaniya və Fransaya səfər edəcək”, – deyə Mao Ninq bildirib. (Tass)