İyun 18, 2025-23:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Anar Bağırov: Hazırda ölkədə 2 min 400-ə yaxın vəkil, 130-dan çox vəkil bürosu fəaliyyət göstərir

2024:02:28 - 12:10
in SOSİAL
A A

Uzun illər ərzində ölkəmizdə vəkillərin sayı xeyli az idi, əsasən yaşlı nəsil vəkilliyə üz tuturdu. Məhz bu səbəbdən 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladı. Həmin Sərəncama əsasən ölkədə vəkillərin sayının artırılması, əsasən gənc hüquqşünasların vəkilliyə cəlb edilməsi və onlar arasında vəkilliyin təşviqi barədə Vəkillər Kollegiyasına tövsiyələr verilmişdi. Məhz bundan sonra Vəkillər Kollegiyası müntəzəm olaraq qəbul imtahanları keçirir, yazılı və şifahi müsahibələr təşkil edir. Bütün bu işlərin nəticəsi olaraq vəkil korpusu xeyli cavanlaşıb, vəkillərin sayı bir neçə dəfə artıb. Hazırda ölkədə 2 min 400-ə yaxın vəkil, 130-dan çox vəkil bürosu fəaliyyət göstərir. Gənclərlə iş, onlar arasında vəkilliyin təşviqi bizim üçün ən önəmli, ən vacib məsələlərdən biridir. Bu prioritet vəzifənin icrası üçün Gənclər Fondu ilə əməkdaşlıq bizim üçün çox önəmlidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Biz gələcəyin vəkilləriyik” adlı növbəti qış məktəbinin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.

“Vəkillər Kollegiyası, Gənclər Fondu və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə növbəti qış məktəbi təşkil edilib. Bu işlər nəticə etibarilə ölkədə insanların hüquqi yardıma əlçatanlığını təmin edir, eyni zamanda, gənc hüquqşünasların hüquqi və təcrübi biliklərinin artırılmasına səbəb olur. Digər ölkələrdə olduğu kimi Azərbaycanda da tələbələrin, gənc hüquqşünasların tədrisi yalnız nəzəri biliklərlə kifayətlənmir. Nəzəri biliklər təcrübi biliklərlə vəhdət təşkil etməlidir. Bu baxımdan son zamanlar Vəkillər Kollegiyası gənclər üçün geniş imkanlar yaradır. Yüzlərlə gənc Vəkillər Kollegiyasında və vəkil bürolarında təcrübə keçir. Qış məktəbində iştirak etmək üçün müraciət edən namizədlərdən 40 nəfəri – ən layiqli və ən yaxşı motivasiya ilə çıxış edənlər seçilib. Önəmli məsələ odur ki, gender bərabərliyi təmin olunub. Belə ki, seçilənlərdən yarısı qızlar, yarısı isə oğlanlardır. Eyni zamanda, bütün respublika əhatə olunub. Həmçinin Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin 8 tələbəsi qış məktəbində iştirak edir. Bundan sonra da Vəkillər Kollegiyası olaraq bu işləri davam etdirmək niyyətindəyik. Ümid edirəm ki, yay mövsümündə də yay məktəbi təşkil olunacaq və Azərbaycan gəncləri, gənc hüquqşünaslar vəkillik peşəsinin əsasları və hüquq sahəsinin müxtəlif məsələləri ilə bağlı təcrübəli trenerlər, müəllimlər tərəfindən maarifləndiriləcəklər. Onlar həm asudə vaxtlarını maraqlı keçirəcəklər, həm də biliklərini artırmaq imkanı əldə edəcəklər”, – deyə A.Bağırov bildirib.

Əvvəlki Yazı

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Səbuhi Əliyev: “Əhalinin maarifləndirilməsi İİV-ə yoluxmanın profilaktikasında ən təsirli üsuldur”

Növbəti Yazı

İsmayıllıda avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər xilas edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.