Ukrayna prezidenti Vladimir Zelenski və Albaniyanın baş naziri Edi Rama Tiranada iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalayıblar.
“Baş nazir Edi Rama ilə görüşdə Ukrayna və Albaniya arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb”, – deyə Zelenski Telegram kanalında bildirib.
O qeyd edib ki, danışıqlar zamanı “Ukraynanın müdafiə ehtiyacları və birgə silah istehsalı imkanları” mövzuları müzakirə olunub.
Çərşənbə günü səhər Zelenski Tiranaya səfəri zamanı ölkənin baş naziri ilə görüşəcəyini və onunla təhlükəsizlik razılaşması üzərində işi müzakirə edəcəyini bildirib. Bundan əlavə, o, Ukrayna-Cənub-Şərqi Avropa sammitində iştirak edəcək və burada iştirakçıları İsveçrədə münaqişənin həlli üzrə konfransın təşkilinə dəstək verməyə dəvət edəcək. (Tass)