İyun 18, 2025-11:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

İpoteka və Kredit Zəmanət Fondunda portfel təminatı mexanizminin tətbiqi müzakirə olunub

2024:02:28 - 14:50
in İQTİSADİYYAT
A A

İpoteka və Kredit Zəmanət Fondunda (İKZF) sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı mexanizminə həsr olunan iki görüş keçirilib.

İKZF-dan AZƏRTAC-a bildirilib ki, fondla əməkdaşlıq edən müvəkkil bankların 40-a yaxın təmsilçisinin iştirakı ilə keçirilən görüşdə portfel təminatı mexanizmi ilə bağlı təqdimat nümayiş etdirilib.

Bank əməkdaşları portfel zəmanətinin verilməsi şərtləri, kredit üçün müraciət edən sahibkara qarşı tələblər, sənədləşmə, portfel zəmanətinin verilməsi proseduru və mexanizmin tətbiqi ilə bağlı digər məsələlər barədə məlumatlandırılıb.

Qeyd edilib ki, biznes subyektlərinin manatla aldıqları kreditlərə fond tərəfindən portfel təminatının verilməsi bankların girov tələblərini yumşaltmaqla, mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişlənməsinə səbəb olacaq. Mexanizm, həmçinin sənədləşmə prosesini və maliyyə vəziyyətlərinin təhlilini daha da sadələşdirməklə, kredit qərarlarının daha sürətli verilməsinə imkan yaradacaq.

Portfel təminatı mexanizmindən qeyri-neft sektorunda fəaliyyət göstərən, maliyyə institutu olmayan, mikro və kiçik sahibkarlar faydalana bilərlər. Mexanizm 3 aydan 3 ilə qədər müddətə götürülən, 5 min manatdan 50 min manatadək məbləğdə, illik faiz dərəcəsi 20 faizədək olan biznes kreditlərinə şamil edilir. Fond tərəfindən müvəkkil banklara verilən zəmanətin kreditə nisbəti maksimum 60 faiz təşkil edir.

Qeyd edək ki, fond tərəfindən sahibkarlığa dövlət dəstəyi sahəsində yeni alətlər “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 2017-ci il 29 noyabr tarixli Fərmanında dəyişiklik edilməsi barədə ölkə başçısının 2023-cü il 26 yanvar tarixli Fərmanına əsasən həyata keçirilir.

Əvvəlki Yazı

Ermənistan Paşinyanın KTMT ilə münasibətlərin dondurulması ilə bağlı dediklərini siyasi qiymət adlandırıb

Növbəti Yazı

Avstriya Fələstinlilərə kömək üçün BQXK, ÜST və UNICEF-ə 10 milyon avro ayıracaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.