İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Fransanın iştirak etdiyi birgə humanitar səylər barədə məlumat verib, içərisində qida və tibbi ləvazimatlar olan 160 konteyner Fələstinin cənubundakı sakinlər üçün havaya atılıb.
“İsrail ilə İordaniya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Misir və ABŞ arasında əməkdaşlıq çərçivəsində Qəzza zolağının cənubundakı sakinlər üçün ərzaq və tibbi avadanlıqların olduğu 160 konteynerin havaya buraxılması əməliyyatı həyata keçirilib. Son iki gündə Amerika, Misir, Birləşmiş Ərəb Əmirliyi, Fransa və İordaniyaya məxsus təyyarələrin köməyi ilə Qəzza zolağının cənub sahili boyunca təxminən 17 fərqli yerə havadan 160-a yaxın konteyner atılıb”, – məlumatda deyilir.
“Bundan əlavə, tədbir çərçivəsində İordaniyanın Xan Yunisdəki səhra xəstəxanasının (Qəzza zolağının cənubunda yerləşən şəhər xəstəxanası) fəaliyyətini dəstəkləmək üçün ərzaq bağlamaları, tibbi avadanlıq və yanacaq ləvazimatları atılıb. Qəzza zolağında humanitar yardım qəbul edilib”, – mətbuat xidməti davam edir. (Tass)