Səkkiz Aİ ölkəsi Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell-ə məktub göndərərək, daxili işlər orqanlarını, məhkəmələri və penitensiar sistemi hədəf alacaq yeni sanksiyalar mexanizminin tətbiqinə çağırıb. Reuters xəbər verir ki , bu ölkələr öz çağırışlarını Aleksey Navalnının ölümü ilə əsaslandırıblar.
Mətni Borrelə göndərilməmişdən əvvəl alan agentliyin məlumatına görə, məktubu Polşa, Rumıniya, Çexiya, İsveç, Finlandiya, Latviya, Litva və Estoniya imzalayıb. Onların fikrincə, Aİ-nin yeni sanksiyaları daxili işlər orqanlarının, məhkəmələrin və Rusiya penitensiar sisteminin əməkdaşlarına qarşı yönəlməlidir. Müraciət müəllifləri onların icma ölkələrinə girişinin qarşısının alınmasını və Avropa banklarındakı aktivlərinin, əgər orada aşkarlanarsa, dondurulmasını zəruri hesab edirlər.