Yeni Zelandiya hakimiyyəti İordan çayının qərb sahilində fələstinlilərə hücum edən israilli mühacirlər üçün ölkəyə girişi qadağan edib. Xarici işlər naziri Uinston Petersin müvafiq bəyanatı Yeni Zelandiya hökumətinin saytında dərc olunub.
“Biz İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıq aktları törətdiyi məlum olan şəxslərə səyahət qadağası qoyuruq. Bu şəxslər Yeni Zelandiyaya daxil ola bilməyəcəklər”, – Peters deyib.
Nazir vurğulayıb ki, Yeni Zelandiya “işğal etdiyi Fələstin ərazilərində İsrail yaşayış məntəqələrinin mövcudluğunu beynəlxalq hüququn pozulması” hesab edir. “Bu, iki dövlətin birgəyaşayış perspektivlərini sarsıdır və gələcək qəsəbə tikintisi planları ciddi narahatlıq doğurur, çünki bu, israillilər və fələstinlilər arasında gərginliyin artmasına gətirib çıxaracaq”. (Tass)